AZ

“4 ildə 1 km belə yol yoxdur” - Fərid Şəfiyev

“Bununla bağlı nə qeyd etmək olar ki?! 4 il ərzində Ermənistan bu istiqamətdə hər hansı bir praktiki addım atmayıb. Vaxt var idi və onlar heç olmasa 1 kilometr yol da tikə bilərdilər. Lakin bunu etməyiblər”.

Bunu “Yeni Sabah”a Beynəlxalq Münasibətlərinin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib

Xatırladaq ki, “Armenpress”də dərc olunmuş məqaləsində Ermənistan baş naziri Nikol Paşinyan yazıb ki, Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır, o cümlədən tranzit yüklərin daşınması üçün lazım olan fiziki ifrastruktur hazırdır. 

F. Şəfiyev Ermənistanın bu cür bəyanatlarına etibarsız yanaşır:

“Bununla bağlı nə qeyd etmək olar ki?! 4 il ərzində Ermənistan bu istiqamətdə hər hansı bir praktiki addım atmayıb. Vaxt var idi və onlar heç olmasa 1 kilometr yol da tikə bilərdilər. Lakin bunu etməyiblər.

Ermənilərin bu yanaşmasında bir çox şey deklorativ xarakter daşıyır. Sülh prosesindən danışırlar, amma konstitusiya hələ ki dəyişdirilməyib. Digər tərəfdən, Minsk qrupu da buraxılmayıb. Yəni bunlar özlərini sülhpərvər dövlət kimi qələmə vermək istəyirlər”. 

Politoloq qeyd edib ki, Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi var:

“Zəngəzur dəhlizi ilə bağlı öhdəlik var və cənab prezident qeyd edib ki, hər hansı bir ekstraterretorial statusuna iddia etmirik. Sadəcə yüklərimiz və insanlarımız Azərbaycandan Naxçıvana maneəsiz keçməlidir. Bununla bağlı müəyyən müzakirələr gedirdi. Amma faktiki addımlar atılmayıb”. 

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
13
yenisabah.az

1Mənbələr