AZ

Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada Avropa Kubokuna qatılacaqlar

Azərbaycanın yeniyetmə cüdoçuları Antalyada təşkil olunacaq Avropa Kubokunda iştirak edəcəklər.

Fanat.Az sözügedən federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz yarışda 16 çəki dərəcəsində 25 oğlan və 28 qız cüdoçu ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku martın 8-9-da keçiriləcək.

Seçilən
28
9
fanat.az

9Mənbələr