AZ

Avrasiya Dağ Turizmi Forumu başlayıb

Finss.az - Avrasiya Dağ Kurortları Alyansı və “Şahdağ Turizm Mərkəzi”nin təşəbbüsü ilə keçirilən “Avrasiyada Dağ Turizminin Perspektivləri və İmkanları” mövzusunda forumda Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Rusiyanın və Cənubi Koreyanın dağ kurortlarının nümayəndələri iştirak ediblər.

Tədbirə Belarus, Gürcüstan və Qırğızıstandan da 150-yə yaxın təmsilçi qatılıb.

Forumun açılışı, xizək təlimatçılarının milli musiqi ilə müşayiət olunan paradı ilə başlayıb. Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə, son illərdə Azərbaycanda qış və dağ turizminin inkişafı istiqamətində atılan addımları vurğulayıb. Alyansın baş katibi Andrey Kukuşkin isə dağ turizminin inkişafında müasir strategiyaların əhəmiyyətini qeyd edib.

“Şahdağ Turizm Mərkəzi” ASC-nin sədri Rüstəm Nəcəfov, forumun regional əməkdaşlıq və təcrübə mübadiləsinin inkişafında mühüm rol oynadığını bildirib. Forum çərçivəsində Alyans üzv ölkələr arasında peşəkar kadr mübadiləsi və turizm marşrutlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirin sonunda, müxtəlif əməkdaşlıq memorandumu və sənəd razılaşmaları imzalanıb. Forum martın 6-dək davam edəcək.

Seçilən
33
fins.az

1Mənbələr