AZ

Çin XİN : Ukrayna böhranının həllində yeni tendensiyalar yaranır

Pekin Ukrayna böhranının siyasi həllində yeni tendensiyaların yarandığını qeyd edib və bütün tərəflərin dialoq yolu ilə konsensusa nail olacağına ümid etdiyini bildirib.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian deyib.

“Çin Ukrayna böhranının siyasi həlli ilə bağlı son yeni tendensiyalara diqqət çəkib. "Çin ümid edir ki, bütün maraqlı tərəflər dialoq və danışıqlar yolu ilə bir-birinin maraqlarını nəzərə alan davamlı həll yolu tapacaq", - Lin Jian brifinqdə deyib.

Diplomat bu yaxınlarda Londonda Avropa liderlərinin Ukrayna ilə bağlı görüşünün keçirildiyini xatırladıb və bu kontekstdə Çinin həmişə Çin sədri Si Cinpinin təklif etdiyi “dörd şərt” konsepsiyasına sadiq qaldığını vurğulayıb.

Seçilən
20
aznews.az

1Mənbələr