AZ

Çin 2025-ci ildə müdafiə xərclərini artıracaq

Çinin 2025-ci ildə müdafiə xərclərini keçən illə müqayisədə 7,2 faiz artıracağı bildirilir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Ümumçin Xalq Nümayəndələri Yığıncağında deyilib.

Artım tempi hökumətin bu il üçün nəzərdə tutduğu "təxminən 5 faiz" iqtisadi artım hədəfini üstələyir. 

Qeyd edək ki, Çinin müdafiə xərcləri 2013-cü ildə prezident Xi Jinping vəzifəyə gələndən bəri hər il artıb.

Əli Hüseynov

Seçilən
22
bakivaxti.az

1Mənbələr