AZ

Ölkəmizdə idman ildən-ilə inkişaf edir » AzadMedia.az

Ölkəmizdə


Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.

Millət vəkili Müşfiq Cəfərov AzadMedia.az-a açıqlamasında bu günün əhəmiyyətindən danışıb:

“Ölkəmizdə bədən tərbiyəsi və idman gününün qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Növbəti il üçün hədəflər müəyyənləşir. Yeni-yeni nailiyyətlərə yol açılır. Təbii ki, inkişaf üçün infrastruktur olmalıdır. Valideynlər də infrastrukturun olmasına önəm verir. Şərait olmadığı təqdirdə hansısa idmandan söhbət gedə bilməz. Ona göər də mütəmadi olaraq idmanın inkişafına dəstək olmalıyıq. Bu sahədə hamılıqla çalışmalıyıq ki, inkişaf olsun”

Millət vəkili idmanın regionlarımızı əhatə etməsindən də söz açıb:
“Regionlarımızda da idman inkişaf edir və hər kəsin idmanla məşğul olmağa marağı var. Hesab edirəm ki, bu istiqamətdə bütün işlər paralel aparılmalıdır. Uşaqları zallardan çıxarıb respublika çempionu etməliyik. “Sağlam bədəndə sağlam ruh olar” deyirlər. Ona görə də təhsillə yanaşı idman da lazımdır”

Seçilən
23
1
azadmedia.az

2Mənbələr