“Dövlət tərəfindən ölkə idmanına hər zaman böyük diqqət və qayğı göstərilir”.
İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “İdman paytaxtı” Qəbələdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə keçirilən paraddan sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bütün idman federasiyalarını "İdman Paytaxtı" Qəbələdə görmək sevindiricidir: “Ümummilli lider Heydər Əliyev 30 il öncə məhz bu gün uğur qazanan idmançılarla görüşüb. İlham Əliyevin isə 2005-ci il 4 mart tarixli Fərmanına əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu möhtəşəm bayram hər il keçirilir. İdmançılarımızın bayramını təbrik edir və gələcək karyeralarında onlara yeni-yeni nailiyyətlər arzulayıram".
Aytac Sahəd
İdman.biz