Azərbaycanın futzal üzrə FIFA referiləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq oyuna təyinat alıblar.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Ədalət təmsilçiləri Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya oyununu idarə edəcəklər. Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq.
Bu matçın birinci hakimi Hikmət Qafarlı, ikinci hakimi Knyaz Əmiraslanov, üçüncü hakimi Əli Cəbrayılov olacaq.