AZ

Van Persi: “İnter”lə oyunda topa nəzarət etməyə çalışacağıq”

“Feyenoord”un baş məşqçisi Robin van Fersi Çempionlar Liqasının 1/8 finalının “İnter”lə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən, Çempionlar Liqasında özümün ilk oyununu səbrsizliklə gözləyirəm, amma bir çalışdırıcı olaraq. Mən özümlə aramda indiki və ovaxtkı, futbolçu olduğum vaxt düşündüyümlə ciddi fərq hiss edirəm. Komandadakı bütün axınları idarə etmək gərəkdir. Hazırda mən “Feyenoord”dakı heyətindən çox razıyam, burada xoş iş mühiti var.

Bizi “İnter”ə qarşı ciddi çağırış gözləyir. Biz topa nəzarət etməyə çalışacağıq, amma bu, çoxlu fürsətlər yaradacağımız demək deyil. Bizə, müdafiədə etibarlı oynamaq gərəkdir, axı “İnter”in gücü keçid mərhələlərində gözəl oynamasındadır”, deyə Van Persi vurğulayıb.

Xatırladaq ki, 41 yaşlı niderlandlı mütəxəssis Çempionlar Liqasında baş məşqçi qismində ilk sınağına çıxacaq.

Hakim “Feyenoord” – “İnter” oyununun başlanğıc fitini martın 5-i saat 21:45-də səsləndirəcək.

Seçilən
31
arena.az

1Mənbələr