AZ

ADSEA 31 fərmanın, 24 hökümət qərarının dəyişdirilməsi üçün layihələr hazırlayıb

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən AzərbaycanRespublikası Prezidentinin 31 Fərmanında ümumilikdə 99 dəyişiklik,Nazırlər Kabinetinin 24 qərarında isə 80 dəyişikliyin edilməsibarədə müvafiq layihələr hazırlanıb.

Trend-inməlumatına görə, bu sözləri bu gün Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyi yanında (ADSEA) Suların İstifadəsinə və MühafizəsinəNəzarət Dövlət Xidmətinin mətbuat konfransında Suların istifadəsinəvə mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov deyib.

“Təqdim edilmiş paket layihələrdə təklif edilən dəyişikliklərinbir hissəsi qüvvədə olan qanunverilcilik aktlarında ləğv edilmişqurumların adlarının yeni yaradılmış Agentliyin adınauyğunlaşdırılması, digər hissəsi isə su ehtiyatları, su təsərrüfatıvə meliorasiya sahələrində idarəetmənin vahid qurum tərəfindənaparıldığını nəzərə alaraq mövcud normativ hüquqi aktlarıntəkmilləşdirilməsi ilə bağlı olub.

Hazırlanmış normativ hüquqi akt layihələri AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar,Maliyyə, İqtisadiyyat və Ədliyyə Nazirlikləri ilə razılaşdırılmışvə ötən ay Nazirlər Kabinetinə təqdim edilib”, - deyə o, əlavəedib.

Seçilən
18
az.trend.az

1Mənbələr