ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı bildirib ki, Kreml diktatoru Vladimir Putin ABŞ-ın qoşunlarını Əfqanıstandan “uğursuz” bir şəkildə çıxışından sonra Ukraynaya müdaxilə etmək qərarına gəlib.
O, Putinin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının qərarı ilə özünü daha güclü hiss edib. ” Düşünürəm ki, Putin baş verənləri görəndə “Yaxşı, bəlkə də bu mənim şansımdır” deyib. Bu, nə qədər də pis hərəkət idi. Bu, baş verməməli idi. Son dərəcə bacarıqsız insanlar”, – Tramp bildirib.
//Samir Qurbanov, Editor.az