AZ

“Sazişin bağlanmasından sonra ABŞ Ukraynaya silah tədarükünü bərpa edəcək” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, ABŞ və Ukrayna arasında nadir torpaq ehtiyatlarına dair sazişin bağlanmasından dərhal sonra Kiyevə Amerika silahlarının tədarükü çox güman ki, bərpa olunacaq.

Herbiand.az bildirir ki, o, bu barədə özünün “VKontakte” səhifəsində yazıb.

“Konqresdə çıxış edən Tramp məmnunluqla bildirdi ki, cəzalandırılan Kiyev liderindən ABŞ rəhbərliyi altında sülh danışıqlarına və ağır xammal sazişinin imzalanmasına hazır olduğuna dair peşman mesajı alıb. Bu o deməkdir ki, onun bağlanmasından dərhal sonra Amerika silahlarının tədarükü böyük ehtimalla bərpa olunacaq (baxmayaraq ki, Avropa onları artıq artırıb)”, -  Medvedev qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
herbiand.az

1Mənbələr