AZ

“Mercedes” dirəyə çırpılıb tanınmaz hala düşdü, sürücü və sərnişin yaralandı - VİDEO

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza martın 4-də axşam saatlarında qeydə alınıb. Belə ki, sürücü - Cəfərov Pünhanın idarə etdiyi 60-BP-532 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. Qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə o, maşını yol kənarındakı işıq dirəyinə çırparaq yararsız vəziyyətə salıb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişin yüngül bədən xəsarətləri alıb.

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Seçilən
20
avtosfer.az

1Mənbələr