AZ

Övladına işgəncə verən ana saxlanılıb

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb. 

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. 

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb. 

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. 

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.  

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. 

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.

Seçilən
134
3
qaziler.az

10Mənbələr