Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin vəziyyəti orta-ağır olaraq qalır.
Bu barədə Yeni Klinikadan məlumat verilib.
Məlumata görə, aktyorun səhhətinin qaydasına düşməsi üçün həkim heyəti əlindən gələni edir:
“Xəstəyə süsttetraparez diaqnozu qoyulub, yəni yuxarı və aşağı ətrafların iflici. O, uzun müddətdir ki, həm də şəkər xəstəsidir. Ona görə aşağı ətraflarda amputasiya nəzərdə tutulub, barmaqlar kəsilib. Ümumi durumu orta-ağırdır”.
Xatırladaq ki, Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin səhhətində problemlər yaranıb. Aktyor fevralın 14-də “EGE Hospital”da spinal stenoz (bel kanalının daralması-red.) diaqnozu ilə əməliyyat olunub. Əməliyyatdan sonra aktyor hərəkət qabiliyyətini tamamilə itirib.