AZ

Mikel Arteta: “Arsenal” belə darmadağın üçün darıxmışdı”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Çempionlar Liqasının 1/8 finalının səfərdə baş tutmuş PSV ilə ilk oyununu (7:1) şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Mən oyunçularıma görə çox şadam. Ötən iki oyunda biz qol vura bilməmişdik, bunun ətrafında isə necə bir hay-küy qalxdığından xəbərdar idik. Biz yarışın səfər oyununda nəhəng nəticəyə müvəffəq olduq, hansını ki çox sevirik və çox illərdir darıxmışdıq. Bu gün bizim üçün həqiqətən xüsusi bir axşam idi”, deyə Mikel Arteta fərəhlə vurğulayıb.

Cavab oyunu çərçivəsində “Arsenal” PSV-ni martın 12-də Londonda qəbul edəcək.

Seçilən
32
arena.az

1Mənbələr