Bakı. Trend:
Vəkil Adəm Məmmədov həbs edilib.
Trend xəbərverir ki, bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.
Qeyd edək ki, Adəm Məmmədov xüsusi ittiham qaydasında, CinayətMəcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilətəqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsindəqərar çıxarılıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasınaməhkum edib.