AZ

Peter Bos: “Bu, bizim üçün dəhşətli gecə idi”

PSV-nin baş məşqçisi Peter Bos UEFA Çempionlar Liqasının 1/8 finalında “Arsenal”a qarşı keçirdikləri ilk oyunu (1:7) şərh edib.

Arena.az BBC-yə istinadən, niderlandlı mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bu, bizim üçün dəhşətli gecə idi. Biz özümüzə heç bir imkan saxlamadıq. Ola bilsin ki, bizim cəmi ikicə fürsətimiz vardı: birincisi, 15-ci dəqiqədə biz qapı tirinə tuş gəldik, ikinci isə ikinci sarı vərəqə – bu, o nadir məqamlar idi ki, biz oyuna qayıda bildik. Ümumilikdə futbol nöqteyi-nəzərindən bizim bəxtimiz gətirmədi. Biz yaxşı halda görünmürdük, “Arsenal” isə özünü sadəcə olaraq parlaq göstərdi. Bu axşam bizim heç bir imkanımız yox idi.

Təqsirkar kimdir? Güman ki, hər ikisi (oyunçular və məşqçi – redaktorun qeydi). Bu, ixtiyari cəhətdən uğursuzluğun təzahürüdür, tamamilə aşkardır. Biz adətən nümayiş etdirdiyimiz futbolu oynamadıq, “Arsenal” isə həqiqətən əla səviyyə nümayiş etdirdi. Belə bir daramdağınla məğlub ola biləcəyim haqda heç vaxt düşünməmişdim. Komandam fövqəladə pərişandır. Bir neçə gün sonra çempionatda yüksəlməyimiz vacibdir. Biz bu oyunu təhlil edərək, oyunçularımıza kömək edəcəyik. Belə bir nəhəng məğlubiyyətdən sonra onlara dəstək olmaq zəruridir”, deyə Peter Bos vurğulayıb.

Cavab oyunu çərçivəsində PSV martın 12-də Londonda “Arsenal”ın “qonağı” olacaq.

Seçilən
41
arena.az

1Mənbələr