AZ

"Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşır: 1 323 mənzilin tikintisi bitib, açarlar təhvil veriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra böyük dağıntılara məruz qalan Kahramanmaraşın indi "Azərbaycan məhəlləsi" adlandırılan hissəsi Türkiyə və Azərbaycanın əməkdaşlığı sayəsində əvvəlki möhtəşəmliyini qaytarıb. Mənzil tikintiləri artıq yekunlaşmaq üzrədir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global"ın hazırladığı süjetdə bildirilir.
Bildirilir ki, zəlzələ məhəlləyə ciddi ziyan vurmuşdu - bəzi binalar dağılmış, digərləri ciddi ziyan görmüş və yaşayış üçün yararsız hala düşmüşdü.
"Fəlakətdən sonra işlər sürətlə başladı. Kahramanmaraşın Onikişubat rayonundakı "Azərbaycan məhəlləsi" zəlzələdən iki il sonra yeni sakinlərini gözləyir. 1 323 mənzilin tikintisi bitib, açarları sahiblərini gözləyir", - deyə müxbir Murat Karataş təfərrüatı təqdim edib.
Ətraflı süjetdə:
Seçilən
28
oxu.az

1Mənbələr