"iPhone"nunuzun parolunu unutmusunuz və indi nə edəcəyinizi bilmirsiniz? Android istifadəçiləri bir neçə alternativ metoddan istifadə edə bilsələr də, iPhone sahiblərinin əsas çıxış yolu cihazı tam sıfırlamaqdır. Bu yazıda "iPhone"nu necə bərpa edə biləcəyinizi addım-addım izah edəcəyik.
Üsul 1: “iPhone"nu silin”
Əgər "iPhone" "iOS" 15.2 və ya daha yeni versiya ilə işləyirsə bu, ən asan və sürətli üsuldur.
Bunun üçün:
1.Parolu bir neçə dəfə səhv daxil edin, ta ki ekranda “iPhone" əlçatmazdır” yazısı görünsün.
2.Ekranın aşağı hissəsində “iPhone"nu sil” düyməsini basın.
3."Apple ID" məlumatlarınızı daxil edərək əməliyyatı təsdiqləyin.
Bundan sonra "iPhone" zavod parametrlərinə qaytarılacaq və siz onu yenidən quraşdıra biləcəksiniz.
Üsul 2: "iCloud" vasitəsilə (əgər “iPhone"numu tap” funksiyası aktivdirsə)
Əgər cihazda “iPhone"nu tap” funksiyası aktivdirsə, bu üsulu uzaqdan istifadə edə bilərsiniz:
1.Kompüterdə və ya başqa cihazda "iCloud.com" saytını açın.
2."Apple ID" hesabınıza daxil olun və "Mənim tətbiqimi tap"ı açın.
3.Siyahıdan cihazınızı seçin və “iPhone"nu sil” düyməsini basın.
Bu üsul telefon əlinizdə olmadıqda da işləyir, lakin yalnız “iPhone"nu tap” funksiyası aktivdirsə.
Üsul 3: "iTunes" və ya "Finder" vasitəsilə (bütün versiyalarda işləyir)
Bu üsul bütün "iOS" versiyalarında işləyir və əvvəlcədən xüsusi bir ayar tələb etmir. Bunun üçün kompüterə ehtiyac var:
1."iPhone"u söndürün (Səs azaltma və yan düyməni basılı saxlayın).
2.Cihazı kabel vasitəsilə kompüterə qoşun və yan düyməni saxlayın.
3.Ekranda bərpa rejimi işarəsi göründükdə düyməni buraxın.
4.Kompüterdə "iTunes"i (Windows) və ya "Finder"i (Mac) açın və "iPhone"u seçin.
5.“Bərpa et” seçimini edin və prosesi tamamlayın.
Bundan sonra cihaz zavod parametrlərinə qaytarılacaq və siz onu yenidən quraşdıra biləcəksiniz.
"iPhone"u parolsuz açmaq mümkündür, lakin bunun üçün tam sıfırlama aparmaq lazımdır. Ən rahat üsul birbaşa kilid ekranından “iPhone"nu sil” seçimindən istifadə etməkdir, lakin bu, yalnız yeni iOS versiyalarında mümkündür. "iCloud" və "iTunes"/"Finder" isə bütün cihazlarda işləyən alternativ üsullardır, lakin onların işləməsi üçün ya “iPhone"nu tap” funksiyası aktiv olmalıdır, ya da kompüterə qoşulmaq lazımdır.
Belə halların qarşısını almaq üçün parolunuzu etibarlı yerdə qeyd edin və ya "Face ID"/"Touch ID" funksiyasını aktiv edin.
Həmidə İbrahimova