Finss.az - Audi-nin Brüssel şəhərindəki zavodu bağlanmağa hazırlaşır.
Tələb azaldığı və texniki xidmətlə bağlı yüksək əməliyyat xərcləri səbəbindən şirkət çətinliklərlə üzləşib. Xərcləri azaltmaq məqsədilə Audi lüks avtomobillərini əsasən Çin kimi xarici ölkələrə ixrac etməyə başlayıb.
Zavodun bağlanması qərarı hələ keçən payızda qəbul edilib, çünki mənfəət çox aşağı olub və Belçikadakı işçi qüvvəsi (təxminən 3000 işçi) çox bahalıdır. Əməkdaşların etirazlarına və sindikatların şirkətlə razılaşmağa çalışmasına baxmayaraq, heç bir razılaşma əldə olunmayıb.