AZ

Peskov Zelenskinin sülh danışıqlarına hazır olması xəbərini müsbət qiymətləndirib

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa məktubunda sülh yolu ilə nizamlanma üzrə danışıqlara hazır olduğunu bildirməsi xəbərini alqışlayır, lakin Kiyevin Moskva ilə danışıqlara qoyduğu qadağanın qüvvədə olduğunu xatırladır...

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Müsbət yanaşırıq. Məsələ danışıqlar masasına kiminlə əyləşməkdir. Hələlik Ukrayna Prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına hüquqi qadağa qüvvədədir. Buna görə də ümumilikdə yanaşma müsbətdir, lakin nüanslar hələlik dəyişmir", - o bildirib.

Poliqon.info 

Seçilən
3
3
poliqon.info

4Mənbələr