AZ

Üçü bacı və bir qardaş DƏM qazından zəhərlənərək ölüb


Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

Məlumata görə, vəfat edənlər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.

Faktla bağlı araşdırma aparılır.

***

Hazırda Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri də hadisə yerindədir. Ölüm faktının qida zəhərlənməsi səbəbindən baş verməsi də ehtimal edilir.

***

Göygöldə dünyasını dəyişən şəxslərdən biri tələbədir. Belə ki, bədbəxt hadisə nəticəsində həyatını itirən şəxslərdən Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

 


Seçilən
37
nuh.az

1Mənbələr