AZ

Peskov Belarusu Rusiyanın əsas müttəfiqi adlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı Belarusu Rusiyanın əsas müttəfiqi adlandırıb.

“Bu, bizim əsas müttəfiqimizdir” dedi.

O, həmçinin qeyd edib ki, Moskva Belarusun paytaxtı Minski Ukraynanın sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün ən yaxşı yer hesab edir.

Peskov deyib ki, Kreml Vladimir Zelenskinin danışıqlar masasına oturmağa hazır olmasını müsbət qiymətləndirir.

DOĞRU.AZ

Seçilən
31
dogru.az

1Mənbələr