Rusiyanın kayak və kanoe üzrə idmançıları Çexiyanın Raçitse şəhərində keçiriləcək Avropa çempionatına buraxılmayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Kanoe Federasiyasının baş katibi Yelena İsxakova məlumat verib.
Onun sözlərinə görə, turnirin təşkilatçıları Rusiya idmançılarının iştirakına icazə verməməyi qərara alıblar.
"Eyni vəziyyət ötən il də yaşanmışdı, yəni yeni bir şey yoxdur", – deyə İsxakova bildirib.
Qeyd edək ki, 1 mart 2022-ci ildə Beynəlxalq Kanoe Federasiyası (ICF) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan uzaqlaşdırılması qərarını vermişdi. 2023-cü ilin aprelində isə ICF rusiyalı və belaruslu idmançıların neytral statusda yarışlara qatılmasına icazə verdi. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, 160 rusiyalı idmançı beynəlxalq turnirlərdə neytral bayraq altında çıxış edir.
Avropa çempionatı 19-22 iyun 2025-ci il tarixlərində keçiriləcək.
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Rusiya üç idmançı ilə təmsil olunmuşdu – Aleksey Korovaşkov, Zaxar Petrov və Olesya Romasenko.