AZ

Filippin Hərbi Hava Qüvvələrinin iki pilotu təyyarə qəzasında həlak olub

FA-50 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 qırıcı təyyarəsinin cənubdakı Bukidnon əyalətində üsyanla mübarizə missiyasını yerinə yetirərkən qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Operativ Media xəbər verir ki, axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Döyüş təyyarəsinin qalıqları və pilotların cəsədləri çərşənbə günü Mindanao əyalətinin cənubundakı Kalatunqan dağlarından tapılıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü Konsuelo Kastilyo virtual brifinqdə jurnalistlərə verdiyi açıqlamada qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparıldığını deyib. “Reuters” xəbər verir ki, təyyarənin qalıqları hadisənin qəza olduğunu göstərir.

Kastilyo əlavə edib ki, Hərbi Hava Qüvvələri Cənubi Koreya istehsalı olan 11 ədəd qalan FA-50 qırıcı təyyarəsinin uçuşlarını dayandırıb.

2014-cü ildə Filippin daxili təhlükəsizliyi gücləndirmək və Cənubi Çin dəniz sərhədlərinin mühafizəsi qabiliyyətini artırmaq üçün hərbi modernləşdirmə proqramının bir hissəsi olaraq Cənubi Koreyadan 12 ədəd FA-50 təyyarəsi alıb.

Seçilən
22
1
operativmedia.az

2Mənbələr