AZ

Kanadalılar Gretzki küçəsinin adının dəyişdirilməsini tələb edirlər

Kanadalılar Edmontonda keçmiş kanadalı xokkeyçi Ueyn Qretzkinin adını daşıyan küçənin adının dəyişdirilməsini tələb edən onlayn petisiya yaradıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Çempionat” nəşri məlumat yazıb. Sənəddə deyilir ki, keçmiş xokkeyçi ABŞ prezidenti Donald Trampı dəstəklədiyinə görə kanadalılar özlərini xəyanətə uğramış hiss edirlər.

Qretzki yanvar ayında Ağ Evin hazırkı rəhbərinin andiçmə mərasiminə dəvət olunmuş qonaqlardan biri olub. Eyni zamanda xokkeyçi Trampın “Amerikanı yenidən möhtəşəm edək” şüarı yazılmış papağı ilə şəkil çəkdirib. Mənbənin məlumatına görə, petisiyanı 11 mindən çox insan imzalayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Kanadanı 51-ci ştat etmək istədiyini bildirib.

QAZİLER.AZ

Seçilən
47
qaziler.az

1Mənbələr