AZ

Yeni cüdo zalı istifadəyə verilib - FOTO

Azərbaycanın Olimpiya mükafatçısı Rüstəm Orucovun rəhbərlik etdiyi “Orujov Academy”nin ikinci cüdo zalı fəaliyyətə başlayıb.

İdman.biz xəbər verir ki, açılışda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, digər rəsmi şəxslər, tanınmış idmançılar və qonaqlar iştirak ediblər.

Cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə uşaqların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqlar yer alıb. Bundan başqa, valideynlər üçün gözləmə zonası, məşqçi və paltardəyişmə otaqları da mövcuddur.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr