AZ

Ekspert: “Qarlı havalar kənd təsərrüfatı üçün dərmandır”

Azərbaycanda ötən günlərdə müşahidə edilən qarlı hava şəraiti bəzi müəssisələrin onlayn və ya hibrid iş rejiminə keçməsinə səbəb olub. Qarlı hava şəraitinin ölkə iqtisadiyyatına təsirlərinə gəldikdə isə burada kənd təsərrüfatı və xidmət sektorlarının xüsusi qeyd edilməsinə ehtiyac var.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, qarlı hava şəraiti kənd təsərrüfatında yeni mövsumdə məhsuldarlığa müsbət təsir göstərir. Bu eyni zamanda potensial su ehtiyatlarının formalaşması baxımdan da faydalı hesab olunur.

Bəs, Azərbaycanda bir neçə gün davam etmiş qarlı hava şəraiti kənd təsərrüfatındakı məhsuldarlığa necə təsir edəcək? 

Bununla bağlı Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında bildirib ki, yanvar və fevrala qədər olan şaxtalı və qarlı havalar kənd təsərrüfatı üçün dərmandır:

“Ağac ve bitkilərin məhsuldarlığı üçün qar və qış soyuğu vacibdir. Havaların marta qədər soyuq keçməsi müsbətdir. Bu ona işarə edir ki, deməli, yaz bərəkətli olacaq. Bu zaman tək problem istixanlar üçün ola bilər. Bu da istixanalar üçün əlavə istilik xərcləri deməkdir.  

Martdan sonra,  ağaclar, bitkilər oyanır. Bu aydan sonra olan şaxta, qar və soyuq kənd təsərrüfatı üçün qorxuludur”.


Leyla Turan
Demokrat.az
Seçilən
41
demokrat.az

1Mənbələr