AZ

Çexiya ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırmasını Avropa üçün siqnal adlandırıb

ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırması Avropaya mühüm siqnaldır.

“Report” xəbər verir ki, bunu "Radiožurnál"a müsahibəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

“Bu, şübhəsiz ki, Avropa üçün çox ciddi və mühüm siqnaldır. Yəni, Avropa müdafiəsinin qeydinə özü qalmalıdır”, - nazir bildirib.

O qeyd edib ki, Avropa ölkələri, o cümlədən Çexiya artıq müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində addımlar atır.

Nazir Vaşinqton və Kiyevin mineral ehtiyatlar üzrə razılaşmaya qayıtma ehtimalını alqışlayıb. XİN başçısı, həmçinin Ukraynaya hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb: "Biz öz təhlükəsizliyimizin və Ukraynanın bir hissəsi olduğu Avropanın təhlükəsizliyinin qayğısına qalmalıyıq".

Seçilən
33
1
report.az

2Mənbələr