AZ

60-a yaxın müəllimin əməkhaqları ödənilmir – Bakı Şəhər Baş Təhsil İdarəsi niyə susur?

Bir qrup  müəllim əməkhaqlarını ala bilmədiklərini bildirirlər. Ulusal.az-ın  redaksiyasına müraciət Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin müəllimləri 2024-cü ilin sentyabrın 15-dən işə çıxmalarına baxmayaraq ona catacaq  15 günlük əmək haqlarını ala bilmədiklərini deyirlər.

Müəllimlər bildirir ki, bununla bağlı  həm Bakı Şəhər Təhsil İdarəsinə, eyni zamanda rayonun Təhsil İşçiləri Həmkarlar İttifaqına müraciət edərək, hüquqlarının , yəni 15 günlük əmək haqlarının ödənilməsini tələb ediblər. Məlum olub ki, BBBTİ-nin müfafiq şöbəsinə rəhbərlik etmiş Azər adlı şəxs müəllimlərin 15 günlük əmək haqlarının hesablanıb köçürülməsi ilə bağlı aktı maliyyə idarəsinə göndərmədiyindən, 60-a yaxın müəllimin əmək haqları bu günə kimi köçürülməyib. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məluim olur ki, BBTİ-nin müvafiq şöbənin rəhbəri olan Azər adlı şəxs artıq idarədə çalışmasa da, onun yaratmış olduğu bu qanunsuzluğu Bakı Şəhər Baş Təhsil İdarəsi də aradan qaldırmaq istəmir.

Seçilən
17
4
moderator.az

10Mənbələr