AZ

Zelenskinin bəyanatından sonra Tramp Kiyevə hərbi yardımı bərpa etməyib

Vladimir Zelenskinin Ukraynada nizamlanma üzrə danışıqlara hazır olduğunu bəyan etməsindən sonra ABŞ prezidenti Donald Tramp Kiyevə hərbi yardımı bərpa etməyib.

The New York Times-ın məlumatına görə , Amerika lideri Konqresdəki çıxışı zamanı deyib ki, o, Zelenskidən münaqişənin həlli üçün danışıqlara hazır olması barədə mesaj alıb.

Buna baxmayaraq, ABŞ prezidentinin Ukraynaya hərbi yardımı dayandırmaq qərarı qüvvədə qalır.

Bundan əvvəl “The Telegraph” yazıb ki, Aİ Zelenskinin Trampla barışmaq cəhdini uğursuz hesab edib.

DOĞRU.AZ

Seçilən
59
dogru.az

1Mənbələr