“Tullantıları İdarəetmə Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Tullantıları İdarəetmə Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Operativ Media xəbər verir ki, sorğuda iştirak haqqı 15 manatdır.
İddiaçılar təkliflərini aprelin 1-nə qədər şirkətin Sumqayıt şəhəri, Bakı-Quba şosesinin 33-cü km-i ünvanındakı ofisinə təqdim edə bilərlər.
Təkliflərə aprelin 1-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2 799 manat ödənilib.