AZ

Dövlət sektorunda səmərəlilik auditinin aparılması üzrə onlayn seminar keçirilib



Azərbaycan Respublikası Hesablama Palatası və Qazaxıstanın Ali Auditor Palatası arasında kvazi-dövlət sektorunda səmərəlilik auditinin aparılması üzrə təcrübə mübadiləsi məqsədilə onlayn seminar keçirilib.

Newscenter.az xəbər verir ki, seminarda kvazi-dövlət sektorunun auditlərinin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi mərhələlərində istinad olunan sənədlər və hüquqi aktlar barədə məlumat verilib.

Tədbir çərçivəsində Hesablama Palatasının nümayəndələri dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin aparılması barədə ətraflı danışıb, qazaxıstanlı həmkarlarının suallarını cavablandırıblar.

Öz növbəsində həmkar AAO əməkdaşları dövlət müəssisəsi və onun törəmə müəssisələrində aktivlərin idarə edilməsinin effektivliyinin auditi nümunəsindən bəhs edərək öz metodoloji alətlərini və bu cür auditlərin aparılmasına dair yanaşmalarını təqdim ediblər.

Daha sonra tərəflər üzləşdikləri çətinlikləri, onların həlli yollarını müzakirə ediblər.
Bildirilib ki, bu müzakirələr gələcək fəaliyyət üçün mühüm rol oynayır və bu sahədə tərəflər arasında əməkdaşlığın genişlənməsinə xidmət edir.

Qeyd edək ki, bu tədbir 2024-2026-cı illər ərzində Qazaxıstanla Azərbaycan arasında dövlətlərarası kompleks inkişaf proqramlarının icrası çərçivəsində keçirilib.

Süleyman
Seçilən
30
1
newscenter.az

2Mənbələr