AZ

“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə dəvət alıb

Bakı, 5 mart, AZƏRTAC

“Araz-Naxçıvan” komandasının qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

Bölgə təmsilçisindən AZƏRTAC-a bildiriblər ki, o, baş məşqçinin şans verəcəyi təqdirdə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə keçiriləcək oyunda forma geyinəcək.

Qarşılaşma martın 22-də Kişineudakı Zimbru stadionunda təşkil olunacaq.

Qeyd edək ki, təcrübəli qolkiper 2023-cü ildən Naxçıvan klubunda çıxış edir.

Seçilən
26
azertag.az

1Mənbələr