AZ

Rubio və Netanyahu Qəzzada atəşkəs və İran təhdidlərini müzakirə edib

BAKI, TurkicWorld

ABŞ-ın Xarici işlər naziri Marko Rubio İsrailin Baş Naziri Binyamin Netanyahu ilə telefon danışığında Qəzzada atəşkəsin uzadılması səyləri və İranın təhdidləri barədə müzakirə aparıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki,xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce bu danışıqların bölgədə sabitliyin təmin edilməsi istiqamətində aparıldığını bildirib.

İsrailin Xarici İşlər Naziri Gideon Sar bəyan edib ki, İsrail Qəzzada atəşkəsin ikinci mərhələsinə keçməyə hazırdır, lakin HƏMAS daha çox girovu azad etməlidir.

Yanvarın 19-dan etibarən Misir və Qətərin vasitəçiliyi, ABŞ-ın dəstəyi ilə atəşkəs əldə olunub. HƏMAS 33 israilli və 5 taylandlı girovu azad edib, müqabilində isə 2000-ə yaxın fələstinli məhbus sərbəst buraxılıb.

Bununla belə, 42 gün davam edən birinci mərhələ HƏMAS-ın gələcəyi və Qəzzanın müharibədən sonrakı idarəçiliyi ilə bağlı razılaşma əldə olunmadan başa çatıb.

İsrail tərəfi əvvəllər də Qəzzaya humanitar yardımların girişini məhdudlaşdırmışdı və bölgədəki vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.

Seçilən
31
turkic.world

1Mənbələr