AZ

Əhalinin banklarda nə qədər pulu var? - RƏSMİ

Azərbaycan əhalisinin yerli banklarda olan pulunun həcmi açıqlanıb.

“Cebheinfo.az” xəbər verir ki, açıqlanan məlumata görə, əhalinin banklarda 14 milyard 698 milyon 700 min manat əmanəti var.

Xatırladaq ki, yanvar ayında bu rəqəm 14 milyard 661 milyon 900 min manat təşkil edib. Bu isə o deməkdir ki, əhalinin banklarda olan pulunun həcmi 36 milyon 800 min manat artıb.

Qeyd edək ki, məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.

Seçilən
18
cebheinfo.az

1Mənbələr