AZ

Kahramanmaraşın “Azərbaycan” məhəlləsi ilk sakinlərini qəbul etməyə hazırdır - FOTO

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin "Haber Global" xəbər kanalı “Azərbaycan” məhəlləsinin irimiqyaslı tikinti layihəsinin davam etdiyi Kahramanmaraş şəhərindən reportaj hazırlayıb.

Hafta.az AZƏRTAC-a istinadən xəbər verir ki, süjetdə Azərbaycan hökumətinin dəstəyi ilə Onikişubat rayonunda tikilən yeni yaşayış massivində 1323 mənzilin tikintisinin artıq başa çatdırıldığı, bəzi binaların inşasının davam etdiyi qeyd olunur. Eyni zamanda, ilk sahiblər tezliklə yeni mənzillərin açarlarını alacaqlar.

Telekanal Azərbaycan hökuməti tərəfindən Kahramanmaraşda tikilən Heydər Əliyev adına məktəbə xüsusi diqqət yetirib.

Telekanal 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərdən sonra Azərbaycanın göstərdiyi dəstək barədə də geniş auditoriyaya məlumat verib.

“Azərbaycan böyük fəlakət zamanı Türkiyəyə yardım əlini uzadan ilk ölkə oldu. Azərbaycanlı xilasedicilər xarici briqadalar arasında zəlzələdən zərər çəkmiş vilayətləri sonuncu tərk ediblər”, -deyə müxbir Murat Karataş qeyd edib.

O xatırladıb ki, fevralın 6-da baş verən zəlzələlərdən sonra Azərbaycandan Türkiyəyə 1500 tondan çox humanitar yardım göndərilib.

“Qardaş Azərbaycandan gələn yardım 395 yük maşınına yüklənib, 15 təyyarə və 25 dəmir yolu vaqonu ilə göndərilib. Bundan əlavə, Azərbaycandan 300 milyon türk lirəsinə qədər maliyyə yardımı alınıb”, -deyə Türkiyə telekanalının müxbiri bildirib.

Seçilən
89
1
hafta.az

2Mənbələr