AZ

Keir NATO-nun 5-ci maddəsini işə salmaq üçün Kiyevə qoşun göndərəcək

Britaniyanın baş naziri Keir Starmer NATO-nun 5-ci maddəsini işə salmaq üçün Britaniya qoşunlarını Ukraynaya göndərmək niyyətindədir. Bu barədə “National Interest” məlumat yayıb.


Nəşrin yazdığına görə, Britaniya hökuməti başçısının əsas ideyası ondan ibarətdir ki, Rusiya Britaniya qüvvələrinə və ya texnikasına hücum etsin ki, bu da Londonun məlum maddədən-kollektiv müdafiədən istifadə tələblərinə haqq qazandıracaq.

"Ortada olan aydın plan ondan ibarətdir ki, rusların Britaniya ordusuna və ya texnikasına qarşı silsilə zərbələr endirməsindən sonra London 5-ci maddənin tətbiq edilməsi ilə bağlı çağırışlarına haqq qazandıracaq", - məlumatda qeyd edilib.

Nəşr qeyd edib ki, Starmer Böyük Britaniyanın Ukraynadakı silahlı qüvvələrinin müdafiə büdcələrinin ixtisarına görə çətinliklərlə üzləşəcəyini də yaxşı anlayır. Ona görə də o, ABŞ-ni də Rusiya ilə açıq münaqişəyə cəlb etməyə çalışacaq.

Tural

Seçilən
16
news365.az

1Mənbələr