Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinin bağlanması ilə bağlı məlumat yayılıb.
Modern.az-ın məlumatına görə, Komitədən bildirilib ki, Azərbaycan hökuməti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda quruma məlumat verib:
"Hazırda hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Bu dialoq bizim konfidensial və ikitərəfli dialoqumuzun bir hissəsidir".