AZ

Tikantəpədə etiraz edən bələdiyyə işçilərinə atəş açılıb

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Tikab) şəhərində bir neçə aydır əmək haqlarının ödənilməməsinə etiraz olaraq aksiya keçirən bələdiyyə işçilərinə atəş açılıb.

Bu barədə yerli mənbələr məlumat yayıb.

Məlumata görə, məmurların atəşi nəticəsində yaralanan Əmir Rəha, Məqsud Qurbanpur, İrəc Muradi və Vəhid Nəvidi adlı işçilər şəhərin İmam Əli xəstəxanasına köçürülüb.

Bildirilib ki, hadisəni əks etdirən videolar yerli sosial media kanallarının bəzilərində yayılsa da, sonradan təhlükəsizlik qurumlarının təzyiqi nəticəsində silinib.

visiontv.az



Seçilən
37
visiontv.az

1Mənbələr