AZ

Çindən Trampa sərt cavab: “ABŞ müharibə istəyirsə, biz müharibəyə hazırıq”

ABŞ prezidenti Donald Tramp ölkəyə daxil olan fentanillə mübarizədəki uğursuzluqları əsas gətirərək Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırdığını açıqlayıb.

News24.az xəbər verir ki, Çin bu addıma qısa zamanda cavab verib. Belə ki, ABŞ-ın bir çox mallarına, xüsusilə kənd təsərrüfatı və ət məhsullarına 10-15 faiz əlavə vergi tətbiq edib.

Eyni zamanda, Çin Xarici İşlər Nazirliyi də Trampın Konqresdəki vergi bəyanatlarına qarşı sərt cavab verib. Xarici İşlər Nazirliyi açıqlamasında "ABŞ-ın istədiyi müharibədirsə, istər gömrük müharibəsi, istər ticarət müharibəsi və ya hər hansı başqa bir müharibə olsun, biz sona qədər döyüşməyə hazırıq" deyib. 

Günel Məlikzadə

Seçilən
12
news24.az

1Mənbələr