Bu il Slovakiyada 21 yaşadək futbolçulardn ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsində azərbaycanlı hakimlər də olacaq.
Offsideplus.az xəbər verir ki, UEFA qitə birinciliyində ədalət prinsiplərini qorumaq üçün ölkəmizdən 3 hakimə dəvət göndərib.
Bunlar FIFA referisi Elçin Məsiyev və onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbovdur. Bütün hakimlər I dərəcəli kateqoriyaya malikdirlər.
Avropa çempionatı bu il iyunun 11-dən 28-dək keçiriləcək. Yarışda qitənin 16 komandası mübarizə aparacaq.