Dələduzlar fransız aktyor Jerar Depardyenin adına daha iki mikro kredit rəsmiləşdirib.
Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, fırıldaqçılar Moskvada 30 min rubl, Sankt-Peterburqda isə 15 min rubl məbləğində kredit götürüblər.
Bundan əvvəl dələduzlar Depardyeyə məxsus Rusiya pasportu ilə mikro kredit götürüblər. Voronejdən olan fırıldaqçılar aktyorun sənəd məlumatlarını 2024-cü ilin fevralında mikromaliyyə təşkilatına təqdim ediblər. KİV-in iddiasına əsasən, fransız aktyor faizləri nəzərə almadan 5 min rubl borclu qalıb.
Lakin həmin gün Jerar Depardyenin nümayəndəsi Arno Frille bu məlumatı təkzib edərək onu "kreativ xəbər" adlandırıb. O, aktyorun Rusiyada dələduzluq qurbanına çevrilmədiyini vurğulayıb.