Sabah Bakıda idman gimnastikası üzrə Dünya kuboku start götürəcək.
İdman.biz xəbər verir ki, yarışın ilk iki günündə təsnifat mərhələsi keçiriləcək.
Martın 6-da kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarda, qadınlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda yarışacaqlar.
Martın 7-də kişilər üçün dayaqla tullanma, dəstəli at və turnikdə, qadınlar üçün isə gimnastika tiri və sərbəst hərəkətlərdə təsnifat yarışları keçiriləcək.
Daha sonra finallar olacaq.
Martın 8-də kişilərin yarışında sərbəst hərəkətlər, paralel qollar və halqalarda, qadınlarda isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda qaliblər müəyyənləşəcək.
Martın 9-da isə qalan növlərdə - kişilərdə dayaqla tullanma, dəstəli at və turnikdə, qadınlarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə medalçılar məlum olacaq.
Qeyd edək ki, Dünya kubokunda 19 ölkənin təmsilçiləri çıxış edəcəklər.
İdman.biz