AZ

“Amerika geri döndü"

ABŞ prezidenti Donald Tramp Konqresin ikinci dövrünün ilk birgə iclasında sərhəd təhlükəsizliyindən iqtisadiyyata, federal idarəçiliyin təşkilindən xarici siyasətə qədər bir çox sahədə atdıqları addımlarla “Amerika arzusunu” həyata qaytarmaqda qərarlı olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunula bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, konqresin birgə iclasında Tramp Amerika xalqına ikinci prezidentlik müddətinin başladığı gündən bəri fəaliyyətini izah edib.

Trampın çıxışı respublikaçılar tərəfindən tez-tez ayaqda alqışlarla qarşılansa da, demokratlar öz yerlərində qalıb Trampa səssiz reaksiyalarını nümayiş etdiriblər.

“Amerika geri döndü. Amerika arzusu qarşısıalınmazdır və ölkəmiz geri qayıtmaq ərəfəsindədir”, - Tramp qeyd edib.

Seçilən
46
operativmm.az

1Mənbələr