AZ

Əmək hüquqlarının pozulması ilə bağlı 3 şirkət 20 min manat cərimələndi

Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarınınpozulması hallarına qarşı mübarizə davam edir.

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxilolmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindənkənar icraatlar idarəsində araşdırma aparılıb.

Trend xəbər verir ki, bubarədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və“DOSTLAR” MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əməkmüqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin(xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyənedilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci(əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürəntərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında işüzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəriYasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.

Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və“DOSTLAR” MMC 20 min, “Miral” MMC isə 22 min manat məbləğindəinzibati cərimə edilib.

Məqalədə:
Seçilən
50
49
az.trend.az

10Mənbələr