AZ

Yaşamaq üçün ən ideal 10 ölkə - 7-si Avropadadır

Yaşamaq üçün ən ideal ölkələr müxtəlif amillərə – həyat keyfiyyəti, iqtisadi sabitlik, təhlükəsizlik, səhiyyə, təhsil, ekoloji vəziyyət və sosial rifaha əsasən müəyyən edilir. 

Yenisabah.az ən ideal həyat və rifah səviyyəsinə malik ölkələri təqdim edir:

İsveçrə – Yüksək həyat keyfiyyəti, təhlükəsizlik, stabil iqtisadiyyat və möhtəşəm təbiəti ilə tanınır.

Kanada – Yüksək səviyyəli səhiyyə və təhsil sisteminə sahibdir. Çoxmədəniyyətli cəmiyyət və yüksək sosial rifah təklif edir.

Norveç – Dünyanın ən xoşbəxt ölkələrindən biridir. Güclü iqtisadiyyatı, sosial bərabərliyi və təmiz ekologiyası ilə seçilir.

Danimarka – Sosial rifah sistemi güclüdür, iş və şəxsi həyat balansı yüksək səviyyədədir. İnsanlar burada çox xoşbəxt və təhlükəsiz hiss edirlər.

Finlandiya – Təhsil və sosial rifah sahəsində dünya liderlərindəndir. Gözəl təbiəti və sakit həyat tərzi var.

İslandiya – Aşağı cinayət səviyyəsi, güclü iqtisadiyyat və təmiz hava ilə tanınır.

Avstraliya – Yüksək maaşlar, stabil iqtisadiyyat və təbii gözəllikləri ilə yaşamaq üçün ideal ölkələrdən biridir.

Yeni Zelandiya – Ekoloji cəhətdən təmiz, yüksək həyat keyfiyyəti və balanslı həyat tərzi təqdim edir.

Hollandiya – Güclü sosial təminat sistemi, azad və tolerant cəmiyyətə malikdir.

Almaniya – Yüksək iqtisadi gücə, inkişaf etmiş səhiyyə və təhsil sisteminə sahibdir.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
58
yenisabah.az

1Mənbələr