AZ

Mundiallarda görünməmiş şou

Futbol üzrə dünya çempionatlarında ilk yaşanacaq.

İdman.biz xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, DÇ-2026-nın final oyununun fasiləsində musiqiçilərin iştirakı ilə şou keçiriləcək: “Tarixdə ilk dəfə dünya çempionatının final oyununun fasiləsində şou olacağını təsdiqləyirəm. Bu, mundiallar üçün tarixi an və dünyanın ən böyük idman hadisəsinə layiq şou olacaq. Biz yarışın son həftəsində Tayms-Skverdə tədbirlər təşkil etmək üçün danışıqlar aparmışıq. Həm şounun, həm Tayms-Skverdəki tədbirlərin iştirakçılarının yekun siyahısını hazırlamaqda FİFA-ya kömək edəcək “Coldplay” qrupundan Kris Martin və Fil Harviyə təşəkkür edirəm”.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialın finalı Nyu-Cersidə baş tutacaq.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr