AZ

Prokurorluq 3 şirkətə cərimə tətbiq etdi

Finss.az - Prokurorluq orqanları vətəndaşların əmək hüquqlarının pozulmasına qarşı mübarizəni davam etdirir.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “Az Deniz” MMC, “Miral” MMC və “DOSTLAR” MMC şirkətləri barədə araşdırmalar aparılıb. Araşdırma nəticəsində, bu şirkətlərin vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi aşkar edilib.

Həmin faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, bu şirkətlərə Bakı şəhərinin müxtəlif rayon məhkəmələrində baxılıb.

Məhkəmələrin qərarları ilə “Az Deniz” MMC və “DOSTLAR” MMC-yə 20 min, “Miral” MMC-yə isə 22 min manat məbləğində cərimə tətbiq edilib.

Seçilən
22
fins.az

1Mənbələr